!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirdə maşın ana və 10 yaşlı övladını VURDU

!Reklam – Yazi

Mingəçevirdə piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısında qeydə alınıb. İlkin məlumata görə “Kia” markalı minik maşını 1988-ci il təvəllüdlü Həsənova Samirə Kamal qızını və 2012-ci il təvəllüdlü Həsənzadə Anar Kamal oğlunu vuraraq hər iksinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Başın çapılmış yarası və ağır kəllə beyin travmasl ilə xəstəxanaya çatdırılan ana reanimasiya şöbəsinə yerləşdirilib. Onun 10 yaşlı övladı isə tibbi yardım göstərildikdən bir müddət sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv