!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Minifutbol yığmamız yarımfinala vəsiqə qazandı

!Reklam – Yazi

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında 1/4 final oyununu keçirib.

Yenicag.az xəbər verir ki, yığma 1/4 finalda Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn yığma adını yarımfinala yazdırıb. Azərbaycan millisindən qolları 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov və 36-cı dəqiqədə Mirmehdi Rzayev vurublar.

Elşad Quliyevin başçılıq etdiyi komanda finala gedən yolda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Portuqaliyanı mübarizədən kənarlaşdırıb.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv