!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Minifutbol yığmamızla millimiz arasındakı UÇURUM: “Azərbaycan futboluna diletantlar rəhbərlik edir”

!Reklam – Yazi

“Futbol üzrə Azərbaycan yığmasının bərbad çıxışı fonunda minifutbol yığmamız Avropada böyük uğurlar qazanır. Artıq minifutbol yığmamız nəinki Avropada, eləcə də bütün dünyada ciddi rəqib kimi qəbul edilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.


O, Azərbaycan Minifutbol Yığmasının A milli komandamızla müqayisədə əldə etdiyi uğurlara toxunub.

N. Muxtarlı qeyd edib ki, belə məqamda ictimaiyyət bu sualı verməli olur:

“Niyə bu uğur futbolda olmur? Niyə futbol yığmalarımız bərbad nəticə göstərirlər, Avropada ən zəiflər arasındadırlar? Əslində, bu sualın çox sadə də cavabı var: hər şey idarəetmədən asılıdır. AFFA-ya rəhbərlik edənlər minifutbola yoxdurlar. Minifutbola rəhbərlik edənlər peşəkarlarla işləyirlər, ayrılan vəsaiti inkişaf üçün sərf edirlər. Amma AFFA-ya rəhbərlik edənlərin isə heç vaxt belə məqsədi olmayıb. Onları Azərbaycanda futbolun inkişafı yox, ayrılan vəsaiti necə mənimsəmək düşündürüb. İllərdir Azərbaycan futboluna diletantlar rəhbərlik edir. Bu diletantlar peşəkarları futboldan perik salıblar. Azərbaycan futbolunun peşəkarları, bu sahəyə töhfə verə biləcək insanlar təcrid olunmuş vəziyyətdədirlər. Onlar baş verənləri kənardan səssizcə müşahidə edirlər”.

Onun sözlərinə görə, əgər illərdir Azərbaycanda futbolun inkişafı bu sahəyə cavabdeh olanları maraqlandırmayıbsa, durumun belə olması da təbiidir:

“Amma minifutbolu Azərbaycanda yaradanlar başqa yolu tutdular. Peşəkarlarla işləməyə üstünlük verdilər. Nəticə göz önündədir. Çox qısa zamanda Azərbaycanın minifutbol yığması Avropada şöhrət qazandı. Deməli, iş olarsa, nəticə də olar, deməli, çörəyi çörəkçiyə tapşırılarsa, çörək olar. Fərq yalnız budur: peşəkar idarəetmə varsa, uğur da var, yoxdursa, Azərbaycan yığmasının biabırçı nəticələri dərdiyimiz olacaq”.

Xatırladaq ki, minifutbol üzrə Azərbaycan millisi Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turniri çempion kimi başa vurub. Komandamız finalda son dünya çempionu Rumıniya kollektivinə minimal fərqlə (4:5) qalib gələrək, mükafata sahib olub.

Rafi Müslümov

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv