!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minik avtomobillərinin sayı dayanmadan artır: "Hər bir vətəndaş sosial təminatından asılı olaraq..."

!Reklam – Yazi

“Sürücülər sport stilli avtomobillərə daha çox meyillidirlər”.

Bu sözləri cari ilin yanvar-fevral aylarında ölkəyə 95 milyon dollarlıq minik avtomobilinin idxal olunmasına toxunan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, minik avtomobillərinə marağın artmasının səbəbi insanların rahatlığa düşkün olması ilə bağlıdır:

“Ölkəyə gətirilən avtomobilləri dörd qrupa bölsək, böyük qisim minik avtomobilləri ilə bağlıdır. Hər bir vətəndaş sosial təminatından asılı olaraq təxminən on-iyirmi min manat civarında minik avtomobili sahibi ola bilər. Son zamanlar dövlət tərəfindən hibrid avtomobillərə qarşı tətbiq olunan müəyyən güzəştlər ölkəyə daha qənaətcil avtomobillərin gətirilməsinə yol açıb. Ölkəyə gətirilən avtomobillər on yaşdan yuxarı və on yaşdan aşağıdır. On yaşdan aşağı olan avtomobillərin idxalı daha yaxşı və ekoloji cəhətdən müsbətdir.

Ölkəyə gətirilən avtomobillərə maraq yüksəkdir. Çünki son dövrlər vətəndaşlar ictimai nəqliyyata yox, şəxsi avtomobillərə üstünlük verirlər. İnsanlar daha komfortlu və çevik hərəkət etmək istəyirlər. Ümumiyyətlə, sürücülər sport stilli avtomobillərə daha çox meyillidirlər. Yəni avtomobil qısa müddətdə sürət yığa bilsin. Vətəndaşlar miniklə yanaşı, yük avtomobillərinin gətirilməsində də maraqlıdır”.

Gülşən Şərif

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv