!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minimum əmək haqqı ilə “uzlaşmayan” ALİMENT MƏBLƏĞİ: “Aylıq gəlirlərin nəzərə alınmaması...”

!Reklam – Yazi

“Aliment sabit pul məbləğində təyin olunursa, vətəndaşın aylıq gəliri nəzərə alınmır”.

Bu fikirləri aliment məbləği ilə minimum əmək haqqı arasında bağlılığın olmaması haqda danışan vəkil Turan Abdullazadə Yenicag.az-a açıqlamasında deyib.Vəkilin sözlərinə görə, alimentin təyin olunması iddiaçının seçimindən asılıdır:

“Minimum əmək haqqı 250 manat olsa da, alimentin sabit məbləği 220 manatdır. Ölkədə 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Alimentin təyin edilməsi qaydaları Ailə Məcəlləsində əks olunub. Həmin məcəlləyə əsasən, aliment iki formada – ya sabit pul məbləğində, ya da gəlirlərin müəyyən hissəsindən tutulma ilə müəyyənləşir.

Sabit pul məbləğində ifadə olunan aliment əmək haqqının məbləğindən asılı deyil. Əgər iddiaçı məhkəməyə sabit pul məbləği üçün müaraciət edirsə, cavabdehin aylıq gəlirinin həcmi nəzərə alınmır.

Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün məhkəmə tərəfindən bir uşağa görə cavabdehin gəlirlərinin 1/4 hissəsi, 2 uşağa görə gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə gəlirlərin yarısı alimentə çıxılır”.

Nuray Məmmədzadə

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv