!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Minimum əməkhaqqı istədiyimiz standartlara uyğun deyil" - İqtisadçı

!Reklam – Yazi

“Əgər sadaladıqlarım yerinə yetirilərsə, düzgün statistika ortaya çıxarmaq olar”

Bunu yoxsulluq statistikasının araşdırılması fonunda iqtisadçı-ekspert Fuad İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, real həyat tərzi ilə statistik rəqəmləri müqayisə etməyi bacarmalıyıq:

“Minimum əməkhaqqının 300 manat olduğu yerdə 204 manatdan aşağı gəliri olanların yoxsul sayılması düzgün deyil. Bilmək lazımdır ki, minimum əməkhaqqı belə istədiyimiz standartlara uyğun deyil.

Statistik rəqəmləri müəyyən etməkdən ötrü elmi tədqiqat, sosiologiya institutları, aidiyyəti dövlət nəzarət orqanları bir araya gəlib hökumətə sağlam dövrün tələbinə cavab verən indeksləşmiş paket təqdim etməlidir. Minimum gəlir minimum həyat standartlarına uyğun hesablanmalıdır. SSRİ dövründə minimum həyat tərzinə uyğun məvaciblərin, pensiyaların və maaşların hesablanması şəffaf həyata keçirilirdi.

Söhbət yalnız insanın qidalanmasından getmir. Kommunal xərclər, maarifləndirmə ocağında iştirak etməsi, istirahəti nəzərə alınmalıdır. Sadaladıqlarım şəffaf hesablandığı zaman düzgün yoxsulluq statistikasını ortaya çıxarmaq olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv