!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minimum əməkhaqqı və pensiyanın artması kimlərə şamil olunur? - ŞƏRH

!Reklam – Yazi

“Minimum əməkhaqqı 300 manat olarkən VÖEN-lə işləyənlər 75 manat ödəyirdilərsə, artımdan sonra 78 manat 25 qəpik ödəyəcəklər”.

Bu sözləri ölkədə minimum əməkhaqqı məbləği və pensiyanın artmasını şərh edən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istənilən halda kiçik və ya böyük məbləğ olmasından asılı olmayaraq, artımın baş verməsi müsbət haldır:

“Çünki əhalinin xərcləri çoxalıbsa, gəlirlərinin artımı istiqamətində atılan addımlar da əhəmiyyətlidir. Bu baxımdan minimum əməkhaqqı və pensiyanın artımı təqdirəlayiqdir. Lakin artım 950 min nəfərdən yalnız 700 min nəfəri əhatə edəcək. Belə ki, muzdla işləyənlərin 19.5 faizi təhsil işçiləridir. Onların arasında diaqnostikadan keçən müəllimlər, müsabiqə ilə işə qəbul olanlar, sertifikasiyadan keçən müəllimlər bu artımdan yararlana bilməyəcəklər. Həmçinin 200 manatlıq maddi yardım qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilməyəcək. Artım əsasən digər təhsil işçilərinə, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, bədən tərbiyəsi, KİV sahəsində çalışanlara şamil olunur. Ümumilikdə əsas təsirlər özünü özəl sektorda göstərəcək. Heç kim özəl sektorda çalışan işçiyə minimum əməkhaqqından aşağı məbləğ ödəyə bilməyəcək”.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345 manat, 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faziədək müəyyən edilib. Bundan əlavə, pensiyaçılara 200 manat həcmində birdəfəlik maddi yardım da veriləcək.

Gülşən Şərif

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv