!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minimum əməkhaqqında ARTIM GÖZLƏNTİSİ: “Büdcə layihəsində sosial xərclərin...”

!Reklam – Yazi

“İndiki şəraitdə ölkənin müdafiə xərclərinin mümkün artımının obyektiv səbəbləri var”.

Bu fikirləri 2024-cü ilin dövlət büdcəsi layihəsini ümumi qaydada şərh edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, büdcə layihəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulur:

“2024-cü ilin dövlət büdcəsinin tam təsnifatı hələ edilməyib. Bu haqda sadəcə, ümumi məlumatlar və parametrlər məlumdur. Burada görünən odur ki, büdcənin xərc və gəlir hissəsində çox cüzi dəyişikliklər olacaq. Həmçinin neftin qiyməti 60 dollardan götürüləcək. Hələlik dəqiq məlumatlar bunlardır.

Müzakirələr zamanı bu parametrlərin xərc və gəlir hissəsi ilə bağlı daha detallı məlumatların əldə edilməsi mümkün olacaq. O halda daha ətraflı şərh vermək imkanı yaranacaq.

Lakin hazırda görünür ki, büdcə layihəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Müdafiə xərclərində də müəyyən artım olacaq. Bunun da obyektiv səbəbləri ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında yeni sərhəd-keçid məntəqələrinin qurulması, eləcə də cənub sərhədlərimizin möhkəmləndirilməsi üçün əlavə investisiyaların qoyuluşuna ehtiyac var.

Amma yuxarıda da qeyd etdiyim kimi, əsas xərclərin artan istiqaməti azad olunmuş ərazilərin bərpası üçün nəzərdə tutulub. Yəqin ki müzakirələr zamanı rəqəmlərdə müəyyən dəyişikliklər olacaq. Sosial xərclərdə də müəyyən artımın olduğu vurğulanmalıdır. Bu isə, onu deməyə əsas verir ki, böyük ehtimalla, yanvarın 1-dən təqaüdlər və minimum əməkhaqqında artımlar mümkün olacaq. Bu cür parametrləri indidən söyləmək mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv