!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minlərlə evi başsız qoyan NARKOMANİYA BƏLASI: "Hamı gözləyir ki, polis gəlsin..."

!Reklam – Yazi

“Narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1377 nəfərdən 744-nün istifadəçi olması müəyyən olunub”. Bu barədə statistik məlumatı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası verib.

Bəs bunun səbəbi nədir? Bu qədər maarifləndirmə tədbirləri aparılmasına baxmayaraq, niyə hələ də bu qədər insan narkomaniyadan əziyyət çəkir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, bu bəla ilə iki təşkilat mübahisə aparır:

“Birincisi hüquq-mühafizə orqanlarıdır, digəri isə QHT-lər. Nəzər salsaq görərik ki, son dövrlərdə Qeyri Hökumət Təşkilatlarına dövlət dəstək olmur. Bu onu göstərir ki, həm QHT-lərə Dəstək Agentliyində bu məsələnin həllinə maraqlı deyillər, həm də hamı çəkilib oturub qıraqda, gözləyirlər ki, polis həll etsin.

Deyirsiniz ki, bu qədər tədbirlər keçirilir. Xeyr, keçirilmir. Ancaq polislər nəsə edir. Çünki QHT-lər arasında bu sahəni narkomanların dilindən anlayacaq qədər yaxşı bilən ekspert yoxdur. İnsanların çoxu bu sahəni bilmir. Ona görə də təlimlərə kifayət qədər zəhmət sərf olunmur. Məqsəd şəkil və video çəkib, tədbiri bağlamaqdır.

Tədbirlər sırf meyilli, tərbiyəsiz, küçələrdə dolanan uşaqlarla təşkil edilməlidir. Oxuyan məktəblilərlə niyə davamlı maarifləndirmə işləri aparılsın ki? Onsuzda ordan çıxandan sonra evə gedib dərs oxuyacaqlar. Amma bu tip təlim keçirənləri də qınamıram. Sahəni yaxşı bilmirlər”.

Şahanə Paşa

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv