!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miopiyalı uşaqları korluğa aparan “dost”... Tanınmış oftalmoloqdan inanılmaz çıxış yolu

!Reklam – Yazi

 

Sürət və dinamika əsrində bir çox xəstəliklər kimi, göz xəstəlikləri də “cavanlaşır”. Bu cür göz xəstəliklərindən biri də miopiyadır. El arasında “yaxından görmə” kimi tanınan miopiya uşaqlar və gənclər arasında daha geniş yayılıb. Bəs bu xəstəliyin müalicəsi varmı? Ondan qurtulmaq üçün nə etmək lazımdır? Suallarımıza olduqca maraqlı cavablar verən tanınmış oftalmoloq Günay Əliyeva bizə heyrətamiz və çox asan müalicə yolu tövsiyyə edir:

“Miopiya elə bir göz xəstəliyidir ki, təsvirin torlu qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan yaxından daha yaxşı görürlər, elə buradan da xəstəliyin adı yaranıb: yaxından görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir: göz öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır. Əgər sizə desəm ki, miopiyalı xəstələr mütəmadi olaraq idmanla məşğul olmalıdırlar, bəlkə də bu, kiməsə qəribə gələr. Amma həqiqət budur.
Biz həkimlər miopiyanı nəzarətdə saxlayırıq, onu inkişaf etməyə qoymuruq.

Bu, öz yerində. Amma bu məsələdə, xüsusən də yay aylarında əsas yük valideynin üzərinə düşür. Artıq məktəblər bitib, dərslər qurtarıb. Məhz istirahət mövsümündə uşaqları telefonlardan uzaq tutmaq lazımdır. Çünki telefonlar miopiyanın bir nömrəli “dostudur”. Və bu “dostluq” miopiyalı uşaqlarda müalicə prosesini sıfıra endirir. Nəticədə, onlar hətta görmə qabiliyyətlərini itirə bilərlər. Bəzən mənə valideynlər deyir ki, “uşağım eynək taxır, ona idmanla məşğul olmağa icazə vermirlər”. Bu, çox yanlış bir yanaşmadır. Əgər göz dibində problem yoxdursa, həmin uşaq idmanla məşğul ola bilər. Üzgüçülük, badminton və tennis “göz idmanı” olaraq ən effektiv idman növüdür. Yay aylarında sözügedən idman növləri ilə məşğul olmaq miopiyalı xəstələr üçün ən unikal müalicə yollarından biridir.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv