!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİQ dəyişikliklərinin gözlənilən nəticəsi: "Namizədlər daha diqqətli olmalıdır"

!Reklam – Yazi

“Yaxşı olar ki, nazirlik gizlədilmiş vakansiyaları üzə çıxara bilsin”.

Bu sözləri “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə MİQ üzrə qəbulda nəzərdə tutulan dəyişiklikləri dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, təkcə imtahanların məzmun və formasında dəyişiklik kifayət etmir. Belə ki, vakansiyalarla bağlı dəyişiklik də vacibdir:

“Ümumiyyətlə, Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə qəbulda dəyişikliyə ehtiyac vardı. Bu dəyişiklik əsasən vaxt məsələsində olmalı idi. Çünki 90 dəqiqə azlıq təşkil edirdi. Artıq 120 dəqiqə vaxtın verilməsi namizədlərin daha yaxşı nəticə əldə etməsinə imkan yaradacaq.

Digər dəyişiklik isə bal artımıdır ki, əvvəl maksimum 60 bal idisə, indi 100 baldır. Bunun 80 balını namizədlər ixtisas üzrə, 20 balını isə kurikulum üzrə əldə edə biləcəklər. Sadəcə hər 1 səhv doğru cavaba təsir edəcək, yəni ən azı 0.25 bal aparacaq deyə, namizədlər daha diqqətli olmalıdır.

Hər il 50-60 min nəfər müraciət etdiyi halda, cəmi 9-10 min nəfər üçün vakansiya çıxarılır. Bu isə çox azdır. Yaxşı olar ki, bu məsələdə də dəyişiklik olsun. Yəni nazirlik gizlədilmiş vakansiyaları üzə çıxara bilsin. Belə olan halda ən azı 15 mindən çox şəxs imtahandan sonra işlə təmin oluna bilər.

Faktiki elan olunan dəyişikliyin hansı nəticələrə səbəb olacağına gəlincə, ilk növbədə bal artımı, keçid balı artımı müşahidə olunacaq. Daha sonra isə peşəkar şəxslər müvafiq olaraq yaxşı nəticələr əldə edə biləcəklər. Bu isə onların təyinat alacaqları təhsil müəssisələrində təhsil göstəricilərinə müsbət təsir etmiş olacaq”.

Gülşən Şərif

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv