!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİQ müsahibəsində yaradılan hicab ƏNGƏLİ: "Bu, böyük qarşıdurmalara gətirib çıxara bilər" - Həyəcan təbili

!Reklam – Yazi

“Bu məsələdə ayrı-seçkilik salanlara yüksək miqdarda cərimələrin tətbiq olunması, yaxud cəza mexanizminin sərtləşdirilməsi lazımdır ki, neqativ hallar aradan qaldırılsın”.

Bu fikirləri Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulunun müsahibə mərhələsində hicab geyinən müəllim namizədlərə qəsdən əngəl yaradılması barədə iddialara münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.

Tural Ababslı mövcud problemin qanunvericiliyin icrasındakı nöqsanlardan qaynaqlandığını bildirib:

“Belə hərəkət Konstitusiyaya da, qanunvericiliyə də ziddir. Heç kim dini, milli, irqi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qala bilməz, qalmamalıdır. Təəssüflə qeyd etməliyik ki, bəzi köhnəlmiş qafaların içində hələ də belə stereotiplər var. Bununla bağlı bizim partiyamıza da kifayət qədər müraciətlər, şikayətlər daxil olur. Bu halla təkcə müəllimlər qarşılaşmırlar. İşverənlərin əksəriyyəti hicab taxan xanımlarla işləməkdə həvəsli deyillər. Təəssüflə qeyd etməliyəm ki, bəzi dövlət orqanları da bu işi təşviq edirlər. Hicablı xanımların şəxsiyyət vəsiqəsi almasında da problem yaradılır. Halbuki bu, Konstitusiya ilə təsbitini tapmış vicdan azadlığı maddəsilə qoruma altına alınıb.

Düşünürəm ki, indiki halda qanunvericiliyin icrasında problem var. Bu məsələdə ayrı-seçkilik salanlara yüksək miqdarda cərimələrin tətbiq olunması, yaxud cəza mexanizminin sərtləşdirilməsi lazımdır ki, neqativ hallar aradan qaldırılsın. Bu günə kimi eşitmişikmi ki, hicablı xanımı işdən çıxaran birinə cinayət işi açılsın?! Buna görə də insanlar da öz keflərinə, zövqlərinə görə yanaşırlar. Bu, gələcəkdə böyük kataklizmlərə, qarşıdurmalara gətirib çıxara bilər. Nə qədər bu məsələlər kütləvi hal almayıb, cəmiyyəti parçalamayıb, bunun qarşısını almalıyıq. Bir daha qeyd edim ki, cəza mexanizmi işlək olmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

1450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv