!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MİQ qərarlarında tənqid olunan amil: "4 səhvə görə 1 düzgün cavabın silinməsi..."

!Reklam – Yazi

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib ki, test imtahanı mərhələsində namizədlər əvvəlki kimi 60 yox, 100 bal toplamalı olacaqlar. 40 ixtisas sualı olacaq ki, hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Eyni zamanda səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik müsbət nəticələrə səbəb olacaq:

“Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə isə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Vakant yer seçilərkən və yerdəyişmə olarkən şəhid ailələrinə üstünlüyün verilməsi də bu ailələrə olan diqqət və qayğının göstəricisidir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə keçid balı müəyyənləşdiriləcək. Yuxarıda qeyd etdiyim məlumatlar, imtahan zamanının az olması, balların düzgün hesablanma qaydasının daha da şəffaf olmasını göstərəcək. Son olaraq da qeyd edim ki, bəzi namizədlər yerdəyişmə üçün qeyd edilən vaxtdan narazı ola bilərlər. Ancaq məktəb mühitinə uyğunlaşmaq üçün 3 il heç də çox deyil”.

Adil Vəliyev bildirib ki, səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavabın silinməsi isə doğru qərar deyil:

“Çünki beynəlxalq imtahanlarda belə səhv cavab düzgün cavabı aparmır. Bu, məhz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün keçirdiyi sınaq və qəbul imtahanlarında var. Bu addımın müəllimlərə də şamil edilməsi düzgün yanaşma deyil. Qeyd edim ki, müəllimlər yerdəyişməyə görə də narazılıq edirlər. Lakin yerdəyişməyə görə qoyulan vaxt doğrudur. Müəllimlərin hər il yerdəyişməsi onların məktəbə uyğunlaşmamasına səbəb ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

1183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv