!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqrant axınında 3 dəfəlik artım: Böyük Britaniya bu prosesi necə dayandıracaq?

!Reklam – Yazi

Böyük Britaniya Nazirlər Kabineti miqrant axınının qarşısını almaq üçün baş nazir Rişi Sunaka qarşı təzyiq göstərir.

Yenicag.az “The Telegraph”a istinadən xəbər verir ki, ölkəyə miqrant axını rekord həddə çatdığı bir vaxtda Böyük Britaniyanın Nazirlər Kabineti baş nazir Rişi Sunakdan bəzi vizaların ləğvini tələb edir.

Qeyd olunur ki, Sunak bu çərçivədə immiqrasiya naziri Robert Cenrik tərəfindən irəli sürülən beş bəndlik planı nəzərdən keçirir .

Ölkənin Milli Statistika İdarəsinin (ONS) dərc etdiyi məlumata görə, hazırda xalis miqrasiya göstəricisi “Brexit”dən əvvəlki dövrlə müqayisədə təqribən 3 dəfə artıb.

Bütün bu hadisələr fonunda keçmiş daxili işlər naziri Suella Braverman göstəricilərin bu həddə çatmasını hökumətin səriştəsizliyi ilə izah edir.

Bildirilir ki, ölkəyə miqrasiya axını 1,4 milyon miqrantın Böyük Britaniyaya təhsil və iş məqsədli, eləcə də münaqişə və ya təzyiqlərdən yaxa qutarmaq üçün gəlişi ilə əlaqədardır.

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv