!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqrantlar HƏBS OLUNDU – Rusiyada nə baş verir? – FOTO/VİDEO

!Reklam – Yazi

 

“Wildberries” anbarında Rusiya hüquq-mühafizə orqanları şirkət işçilərinin miqrasiya rejiminə uyğunluğunu yoxlamağa başlayıb.

Yenicag.az xəbər verir ki, RBC bu barədə “Wildberries” mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, hazırda Elektrostaldakı “Wildberries” anbarında reyd aparılır.

“Sənədlər miqrasiya xidməti və hüquq-mühafizə orqanlarının işi çərçivəsində Elektrostaldakı “Wildberries” anbarında yoxlanılır”, – məlumatda deyilir.

Şirkət anbarın normal işləməyə davam etdiyini və yoxlamanın obyektin fəaliyyətinə təsir göstərmədiyini söyləyib.

İşçilərin miqrasiya qanunvericiliyinə uyğunluğu yoxlanılır, həmçinin hərbi vəsiqələrə baxılır.

Ən azı 5000 “Wildberries” anbar işçisi əmək patentləri, yaşayış icazələri və hərbi bilet üçün yoxlanılır.

İlkin məlumatlara görə, 10 nəfər saxlanılıb.

Məlumata görə, anbarın yaxınlığında Rosqvardiyanın üç maşını dayanıb. Bəzi əməkçi miqrantlar bu maşınlara mindirilir və hərbi komissarlığa aparılır.

Yalnız Rusiya vətəndaşlığı olan qadınların işləmək üçün qaldığı, qalanlarının isə evə göndərildiyi bildirilir.

26b2fab0-cc04-4c87-a08c-199cde78e893

Xuraman Etibarlı

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv