!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqrantlara yardımların azaldılmasının SƏBƏBİ: "Almaniya artıq məcburdur ki..."

!Reklam – Yazi

“İndiki halda Almaniya artıq məcburdur ki, öz miqrasiya qanunvericiliyini bir qədər sərtləşdirsin”.

Bu sözləri Almaniyanın ölkəyə üz tutan qaçqınlara gələn ildən edilən yardımların azaldılmasıyla bağlı münasibət bildirən Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, gələcəkdə digər ölkələrdən Almaniyaya bu kimi axınlar daha böyük miqyas almış olarsa, dövlət bununla bağlı məhdudiyyətlərin tətbiq ediləcəyini, hətta miqrantlara ödənilən sosial paketin azaldılması kimi addımların atılmasının da gözlənildiyi vurğulanır:

“Əslində Almaniya rəsmilərinin son zamanlar bu ölkədə qaçqın kimi və ya digər üsullarla məskunlaşan şəxslərin sayında kəskin artımın olması nəzərə çarpandır. Bu barədə ölkə rəsmilərinin səsləndirdiyi fikirlərə görə hökümətin humanistliyindən irəli gələrək insan hüquq və azadlıqlarına üstünlük verməsi daxil olan müraciətlərin əksəriyyətinə müsbət yanaşmasına səbəb olur.

Son zamanlar Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq Avropaya üz tutan Ukrayna vətəndaşlarının 1 milyondan çox hissəsi məhz Almaniyaya sığınıb. Ukraynadan gələn qaçqınlar üçün də bir növ Almaniya daha cəlbedici gəlir. Eyni zamanda ölkə rəsmiləri dəfələrlə bu fikri vurğulayıb ki, qaçqın sayının Aİ ölkələri arasında bölüşdürülməsində bir ədalətsizlik var.

Hazırda regionda iki ölkə qaçqınlar üçün öz qapılarını açıb ki, bunlar da Almaniya və İtaliyadır. İtaliya daha çox Afrika və Yaxın Şərqdən gələn qaçqınlar üçün qapılarını açırsa, Almaniya Yaxın Şərqlə yanaşı, Şərqi Avropa və Rusiyadan gələn qaçqın və mühacirləri qəbul edir.

Əslində, məsələyə diqqətlə yanaşsaq, ədalətli qərar vermək yaxşı olardı. Digər Avropa ölkələri də proporsional qaydada qaçqın axınını qəbul etməlidir ki, Almaniya kimi bir neçə ölkəyə yük düşməsin. Nümunə olaraq Fransa kimi digər Avropa ölkələri bu axını qəbul etmək iqtidarındadır. Bu səbəbdən də indiki halda Almaniya artıq məcburdur ki, öz miqrasiya qanunvericiliyini bir qədər sərtləşdirsin.

Digər tərəfdən kifayət qədər radikal siyasi qruplar da var ki, irqçi fəlsəfəsininin daşıyıcıları hesab olunur və onların da cəmiyyətdə mövqeyi nəzərəçarpandır. Onlar da bu fəlsəfədən irəli gələrək anti-miqrant əhval-ruhiyyəsini cəmiyyətə aşılamaqdadırlar. Bütün bunlar da Şərqi Avropa və Ukraynadan gələn mühacir axını üçün ölkədəki mövcud şəraititn, sosial paketlərin, iş imkanlarının və sığınacaq prosedurlarının kifayət qədər liberal olmasından qaynaqlanır.

Bir az keçmişi xatırlasaq, A.Merkelin zamanında da kəskin mühacir axınının qarşısını almaq məqsədilə Türkiyəyə müraciət edilmişdi. Bu məqsədlə adı çəkilən ölkəyə miqrantları öz ölkəsində qəbul etmək qarşılığında 6 milyard avro maddi yardım söz verilmişdi. Sonda isə söz verilən məbləğdən təxminən 3 milyard avro ödənildi. Yəni Almaniya zamanla mühacir axınının qarşısını almaq məqsədilə müxtəlif üsullara əl atıb.

Gələcəkdə bu kimi axınlar daha böyük miqyas almış olarsa, dövlət bununla bağlı məhdudiyyətlərin tətbiq ediləcəyini, hətta miqrantlara ödənilən sosial paketin azaldılması kimi addımların atılmasının da gözlənildiyi vurğulanır. Artıq Almaniyadan aldığımız xəbərlər onu göstərir ki, gələcəkdə Almaniya dövlətinin bu öhdəllikləri bu miqyasda yerinə yetirməsi kimi məsələlər artıq əlavə problemlərə yol açır. Üstəgəl daxildə siyasi qrupların bu kimi işlərə təsir imkanları, siyasi dəyişikilklər mühacirlər üçün ürəy açan olmayacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv