!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Miqrantları qul kimi işlədən rusiyalı qoca HƏBS OLUNDU - FOTO

!Reklam – Yazi

Rusiyalı təqaüdçü 20 min rubla iki qul alıb və onları ölkədə işləməyə məcbur edib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Stavropolda baş verib.  Stavropoldan olan qoca 2022-ci ilin sonunda özünə iki özbək alıb. Onlar Rusiyada qanunsuz yaşayırmış. Kişinin 31, qadının isə 27 yaşı var.

Təxminən yarım ilə yaxın, yəni polis bu olaydan xəbər tutana qədər, Özbəkistandan gələn bu adamlar qocanın bağında işləyib. Qoca həbs olunub.

Hazırda o, istintaq təcridxanasındadır. Qoca qanunsuz miqrasiyanın təşkilində və bir neçə şəxsi azadlıqdan məhrum etməkdə ittiham olunur.

Onun şəriki ev dustaqlığına buraxılıb, üçüncü dostu isə istintaqdan yayınıb.

İndi qul satışı ilə məşğul olan qrup və ya şəxslər axtarılır.

Məsimə

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv