!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

 Miqrantların hərbi qeydiyyata ALINMASI: "Bu, qanunsuzdur və Rusiyada yaşayan azərbaycanlılar..."

!Reklam – Yazi

“Rusiyada çağırış həddi 30 yaş olduğu halda, qeyri-rusları 50 yaşa qədər qeydiyyata alırlar”.

Bu sözləri Rusiyada vətəndaş olmayanların qeydiyyata alınması, onların Ukrayna cəbhəsinə göndərilmə ehtimalı və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya daxilində partlayış olmaması üçün qeyri-millətləri orduya cəlb etmək istəyir:

“Maraqlıdır ki, ruslar ermənilərə toxunmurlar. Rusiyada vətəndaşlığı olmayan, müvəqqəti qeydiyyatda olanlar qeydiyyata alınır. Xüsusən də azərbaycanlıları qeydiyyata alırlar. Azərbaycanlılar daha çox bazarlarda işləyir. Xüsusilə Moskva və Sankt-Peterburqdakı bazarlara polislər gedir və onları gələcəkdə səfərbərlik olacağı təqdirdə ordu üçün qeydiyyata alırlar. Hətta bunun üçün məscidlərə də girirlər. Hələlik onları qeydiyyata alırlar, ancaq Ukrayna cəbhəsinə aparılmaları barədə informasya yoxdur.

Vətəndaş olmayanların qeydiyyata almaları qanunsuzdur. Rusiya əsasən də gəlmələri cəbhəyə göndərmək istəyir. Çünki rusları aparsalar, Rusiyada narazılıq artacaq.

Rusiyada yaşayan azərbaycanlılar diqqətli olmalıdır. Rusiya şərt qoyur ki, kimlər müharibəyə gedəcək, onlara vətəndaşlıq veriləcək. Məlumat üçün bildirim ki, Rusiyada çağırış həddi 30 yaş olduğu halda, qeyri-rusları 50 yaşa qədər qeydiyyata alırlar. Qeydiyyata almaq o deməkdir ki, səfərbərlik elan olunduğu halda onların hamısı Ukrayna cəbhəsinə göndəriləcəklər.

Azərbaycan diasporları və səfirlik öz işini mükəmməl görməlidir. Bu istiqamətdə lazımı tədbirlər görməlidir. Əgər soydaşlarımız o müharibədə iştirak etmirlərsə, Azərbaycana qayıtmaları daha məqsədəuyğundur”.

Səxavət Məmməd

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv