!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinin icrasına başlanıldı - FOTO/VİDEO

!Reklam – Yazi

Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinin icrasına başlayıb.

Yenicag.az xəbər verir ki, bu gün AMM-in qərargahında layihənin təqdimat mərasimi keçirilib. AMM-nin prezidenti Elçin Məlikli çıxış edərək layihə barədə ətraflı məlumat verib.
Tədbirdə Beynəlxalq Miqrasiya Mərkəzinin, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib.

Elçin Məlikli bildirib ki, layihənin əsas məqsədi xaricə getmək istəyən potensial miqrantları məlumatlandırmaq, hüquqi prosesləri təşviq etməklə qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət qurumlarına dəstək verməkdən ibarətdir:

“Bütün dünyada olduğu kimi Azərbaycanda da qanunsuz miqrasiya ən aktual problemlərdən biridir. Daxili və xarici miqrasiyanın idarə olunması, qanunsuz miqrasiyaya qarşı mübarizə, insanların qanunsuz daşınması, qacqınlar və iqtisadi miqrantlar tez-tez müzakirə mövzusu olur”.

E.Məlikli bildirib ki, ABŞ, Kanada, Avstraliya, Almaniya kimi inkişaf etmiş immiqrasiya ölkələrində əməkçi miqrantlara ehtiyacın artması hazırda həmin ölkələrə getmək arzusunda olanlarda maraq oyatmaqda davam edir:

“Lakin Azərbaycanda həmin ölkələrə immiqrasiya etmək istəyən həmvətənlərimizə dolğun məlumat verən bir mərkəz olmadığına görə, bəzi insanlar həmin ölkələrə turist kimi səfər edərək, sonradan orada qalmağa qərar verirlər. Bəziləri isə adıçəkilən ölkələrə qaçaq, qeyri-qanuni yollarla gedirlər ki, bu da sonradan həm onların özü, həm də ölkəmiz üçün bir çox problemlər yaradır.

Bizim təşkilatın və bu layihənin ideyası xaricə qanunsuz getməkdə və ya qanunsuz məskunlaşmaqda davam edən həmvətənlərimizin sayının azalmasına yardım etməkdir.

Əslində, Kanada, Avstraliya, Almaniya və bir çox digər ölkələrdə işçi miqrantlara ehtiyac olan çoxlu sahələr mövcuddur. Həmin ölkələrin əmək bazarı haqqında xaricə getmək istəyənlərə dolğun məlumat verilərsə və tələblər dəqiq izah edilərsə, Azərbaycandan xaricə qanunsuz yollarla gedənlərin sayını minimuma endirmək mümkündür.

Bu sahədə vətəndaşlara miqrasiya sahəsində hüquqi maarifləndimə xidmətinin təşkili üçün məlumat mərkəzi yaratmaq qərarına gəldik.

Vətəndaşlar bu mərkəzə müraciət edə, getmək istədikləri ölkə, həmin ölkələrə getmək qaydaları haqqında ən etibatlı məlumatları öyrənə biləcəklər”.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Məhəmməd İbrahimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini əməkdaşı Pərvanə Əsgərzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Vidadi Yusifov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Şükürov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı və bir sıra QHT rəhbərləri layihənin böyük əhəmiyyətə malik olduğunu vurğuladılar və bunu qanunsuz miqrasiya sahəsində problemlərin həlli istiqamətində ciddi bir addım kimi dəyərləndirdilər.

Nəsimi Ələsgərli

 

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv