!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mirbağır İsayev üç aylıq futboldan uzaqlaşdırıldı

!Reklam – Yazi

AFFA İntizam Komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. “Dənizçilər”ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv