!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirsaleh Seyidov Azərbaycanı Cenevrədə yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil etdi

!Reklam – Yazi

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75-ci ildönümü münasibətilə “İnsan Hüquqları 75” təşəbbüsü çərçivəsində Cenevrədə beynəlxalq konfrans keçirilib.

Dünyanın 150-dən çox ölkəsinin yüksək səviyyəli şəxslərinin, o cümlədən dövlət və hökumət başçılarının, vitse-prezidentlərin, parlament üzvlərinin, xarici işlər, ədliyyə və məhkəmə orqanları, elm və təhsil müəssisələri rəhbərlərinin, Avropa Şurası Baş katibinin və digər beynəlxalq təşkilatların məsul nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətində Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul rəhbər işçiləri təmsil olunublar.

Tədbirin açılışında BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türk giriş nitqi çıxış edib. Konfransda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan ötən dövrdə bu sahədə öhdəliklərin icrası və əldə olunan nailiyyətlər, insan hüquqlarına bərabər və ədalətli yanaşmanın tətbiqi və digər aktual məsələlər müzakirə olunub, iştirakçı dövlətlər bu sahədə görülən tədbirlər və insan hüquqlarının universallığına və bölünməzliyinə dair yenilənmiş öhdəliklər barədə məlumat veriblər.

Azərbaycan tərəfi “İnsan Hüquqları 75” təşəbbüsü çərçivəsində götürdüyü öhdəlikləri – ölkəmizin işğaldan azad edilmiş bölgəsinə məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı, həmin ərazilərin minalardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələlərini diqqətə çatdırıb, bununla bağlı beynəlxalq ictimaiyyəti dəstək göstərməyə çağırıb.

Sonra tədbir panel sessiyalarla davam edib. “İnsan hüquqlarının gələcəyi, inkişaf və iqtisadiyyat” adlı sessiyada çıxış edən ədliyyə nazirinin müavini M.Seyidov Bəyannamədə təsbit edilən fundamental insan hüquqlarının müdafiəsinə sadiqliyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və İnsan Hüquqları Şurasının inkişaf hüququnun təşviqi və müdafiəsi ilə bağlı görülən tədbirləri, Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində insan hüquqlarının təşviqini və qlobal pandemiya ilə bağlı digər dövlətlərə humanitar dəstəyini vurğulayıb.
Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalanması faktı diqqətə çatdırılaraq müharibədən sonra 340 insanın mina terrorunun qurbanı olduğu, bunun yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngitdiyi vurğulanıb.

Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz iqtisadi gücü hesabına torpaqlarımızın sürətli bərpası, “Böyük Qayıdış” proqramına uyğun “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına əsaslanan ən müasir şəhərsalma prinsiplərinin tətbiqi, öz doğma yurdlarına qayıdan soydaşlarımız üçün ən yüksək insan hüquqları standartlarının təminatı barədə tədbir iştirakçıları məlumatlandırılıb. Azərbaycanın vətəndaşlara xidmət sahəsində innovasiyaları, o cümlədən BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dünya Hökuməti Sammitində “Dünyanın ən yaxşı hökumət xidməti” mükafatına layiq görülmüş “ASAN xidmət” brendi və digər təcrübələri maraqla qarşılanıb.

İki gün davam edən yüksək səviyyəli şəxslər beynəlxalq konfrans bağlanış mərasimi ilə başa çatıb. Çıxış edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə mühüm töhfə olmaqla insan hüquqlarının inkişafına xidmət etdiyini vurğulayıblar.
Tədbirdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Qalib İsrafilov iştirak edib.

 

 

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov Azərbaycanı Cenevrədə yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil edib

 

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov Azərbaycanı Cenevrədə yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil edib

 

 


www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv