!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirzə Ələkbər Sabirin nəvəsi məhkəməlik oldu

!Reklam – Yazi

Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur.

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Gündüz Tahirli barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatında verilib.

529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv