!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirzoyanla Çavuşoğlunun açıqlamaları: "Nazirlərin təkbətək görüşünün nəticələri..."

!Reklam – Yazi

Bu gün Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş baş tutub. Daha sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək. Ermənistan xarici işləri naziri isə vurğulayıb ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır və rəsmi İrəvan diplomatik münasibətlərin bərpasının tərəfdarıdır.

Bu görüş barədə fikirlərini Yenicag.az-la bölüşən politoloq Tural İsmayılov qeyd edib ki, zəlzələ fonunda Ermənistanın Türkiyəyə yardım etməsi və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səfəri münasibətlərin gələcəyi baxımından çox önəmlidir:

“Bu görüşdən ilk gözlənti Türkiyə ilə Ermənistan arasındakı diplomatik əlaqələrin yaxşılaşması fonunda çox ciddi irəliləyişin əldə olunmasıdır. Türkiyə hər zaman Azərbaycanın Ermənistanı çağırdığı bütün sülh təkliflərini dəstəkləyib. Rəsmi Ankara dəfərlərlə vurğulayıb ki, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq kimi hədəfi var və bu istiqamətdə atılan addımlar Azərbaycanla sülh məsələsi çərçivəsində Ermənistanın qərarından asılıdır. Əgər Ermənistan sülhlə bağlı təxribat törətməsi və eyni zamanda, destruktiv siyasətdən əl çəksə, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması istiqamətində mühüm addımlar atıla bilər.

Ermənistanın yardımına gəlincə, bəşəri problemlərdə və insan tələfatlarında diplomatik jestlərdən istifadə edilməsi uğurlu addım hesab olunur. Türkiyə və Ermənistan xarici işlər nazirlərinin mətbuata verdiyi açıqlamalara görə, görüşdə Azərbaycan məsələsi də müzakirə olunub. İstənilən halda, nazirlərin təkbətək görüşünün nəticələri pozitiv qiymətləndirilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv