!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdə Qəzzaya dair gizli danışıqlar keçiriləcək

!Reklam – Yazi

Həftəsonu Qahirədə ABŞ və İsrail arasında danışıqların baş tutacağı gözlənilir.

Yenicag.az AFP-yə istinadla xəbər verir ki, bu danışıqlar zamanı atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasına yeni cəhd göstəriləcək.

Təmaslardan əvvəl ABŞ prezidenti Co Bayden Misir və Qətər liderlərinə məktub göndərərək, onları HƏMAS-a “sazişlə razılaşmaq və ona əməl etmək” üçün təzyiqi artırmağa çağırıb.

Ağ Ev danışıqların bu həftəsonu Qahirədə keçiriləcəyini təsdiqləyib, lakin ABŞ mətbuatının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns, həmçinin İsrail kəşfiyyatının rəhbəri Devid Barnea, və Misir kəşfiyyatının rəhbəri Abbas Kamil və Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Ali-Saninin iştirak edəcəyi ilə bağlı yayılan xəbərləri şərh etməyib.

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv