!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdə yanğın onlarla uşağın ölümü ilə nəticələndi – Hadisənin səbəbləri açıqlandı

!Reklam – Yazi

Bu gün Qahirənin İmbaba rayonunda yerləşən kilsədə yanğın baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ibadətgahda baş verən yanğın nəticəsində 41 nəfər ölüb, 20-yə yaxın şəxs  yaralanıb. Yaralılar İmbaba və qonşu Aquza rayonundakı xəstəxanalara çatdırılıb.

Ölkənin Səhiyyə Nazirliyi isə hadisə nəticəsində bir nəfərin öldüyünü və 55 nəfərin yaralandığını təsdiqləyib.

Məlumata görə, zərərçəkənlərin əksəriyyəti bazar günü kilsədəki məktəbə dərsə gələn uşaqlardır.

Hazırda kilsədə baş verən yanğın söndürülüb.

Bildirilib ki, onlarla insanın ölümünə səbəb olan yanğın elektrik naqillərindəki nasazlıq səbəbindən baş verib.

“Mütəxəssislərin rəyinə görə, kilsədə baş verən yanğın elektrik naqillərinin nasazlığı səbəbindən baş verib. Bir neçə sinif otağının olduğu binanın ikinci mərtəbəsində kondisioner yanıb və nəticədə tüstülənmə başlayıb. Qatı tüstü pərdəsi binada olan insanların ölümü və xəsarət alması üçün əsas səbəb olub”, – Misirin Daxili İşlər Nazirliyindən bildirilib.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv