Mitinqə təxribat qatıldı: zorla MM -in binasına girdilər, polis maşınını devirdilər: DQ müdaxilə etdi – FOTO/VİDEO
Bu gün axşam saatlarından etibarən Bakı şəhərində başlayan orduya dəstək yürüşləri Milli Məclisin qarşısında və Şəhidlər Xiyabanının önündə böyük izdihamlı mitinqə çevrildi.
Son saatlara qədər hər şey yüksələn xətt üzrə davam edirdi. İştirakçılar Dağlıq Qarabağda erməni işqalçılarına qarşı müvafiq tədbir görülməsini tələb edirdi. Ali Baş Komandandan vuruşmaq üçün silah istəyirdi. Azərbaycan iqtidarına, Prezident İlham Əliyevə və orduya dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, son bir saat ərzində vəziyyət dəyişdi, bir qrup təxribatçı Milli Məclisin binasına zorakılıqla girdi və bu anda polis müdaxilə etmək məcburiyyətində qaldı. Yekunda meydanda qalan azsaylı iştirakçılar Daxili Qoşunların əsgərləri tərəfindən oradan uzaqlaşdırıldı. Polis korrekt davranış nümayiş etdirdi.
Təəssüf ki, xalq mitinqinin içinə daxil olan təxribatçılar fərqli davrandılar. Onlar polis maşınını devirib, dağıtdılar.
Təxribat prosesindən foto və videoları təqdim edir./Musavat.com/