!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mitsubishi” Çində istehsalı dayandırır? - SƏBƏB

!Reklam – Yazi

“Mitsubishi Motors”un satışlarının azalması səbəbindən Çində avtomobil istehsalını dayandıracağı bildirilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Korporasiyanın ölkədən geri çəkilmə qərarı Çində şirkətə məxsus satışların azalması və Çin bazarının elektriklə işləyən avtomobillərə tələbatın artması ilə əlaqədar olduğu vurğulanıb.

Yapon şirkətin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.

Xarici media xəbərlərində Çinə məxsus yerli markaların bazar paylarını genişləndirdiyi və yapon istehsalçılarının məhsullarını yerli bazarda satmaqda çətinlik çəkdiyi qeyd edilib.

Qeyd edək ki, elə Yaponiyaya məxsus digər şirkətlər Çində istehsal gücünü azaldırlar. Belə ki, “Nissan Motors” 2023 maliyyə ili üçün Çində satış hədəfini 1,1 milyondan 800 minə endirdiyi bildirilir. Həmçinin “Mazda Motors” aprel-iyun aylarında Çindəki satışlarında 17 faiz azalma yaşadığı deyilir.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv