MM-in Gənclər və idman komitəsinin tərkibində dəyişiklik – ADLAR

Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı məsələyə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında baxılacaq.

Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb./Report/