MM-in son plenar iclasının vaxtı məlum oldu

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.

Yenicag.az-ın məlumatına görə, növbəti – son iclas iyunun 29-a təyin olunub.

İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.

COP29