!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MM sədri Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşdü

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

Bu barədə Yenicag.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S.Qafarova Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycandakı investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Spiker həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına dair təşəbbüsləri və digər məsələləri diqqətə çatdırıb.

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv