!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-də MAXİNASİYALAR: "Maliyyəçi işin görünən hissəsidir" - Hərbi ekspert 

!Reklam – Yazi

“Maliyyə vəsaitlərinin oğurlanmasını təkbaşına hansısa maliyyəçinin etməsi sadəlövhlük olardı. Komandirin, idarə rəisinin, birinci şəxsin imzası olmadan oradan maliyyəçi bir manat oğurlaya bilməz. Bu işin görünən hissəsi maliyyəçilərdir”.

Bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Müdafiə Nazirliyində (MN) keçirdiyi yoxlamalar və bundan çıxa biləcək nəticələri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, proses başlayıbsa MN-nin bütün strukturlarında təmizləmə aparmaq lazımdır, zamanın tələbi bunu deyir:

“Son zamanlarda DTX-nin MN-də maliyyə yoxlamaları aparmasının səbəbi adı gedən qurumda maliyyə nəzarətsizliyinin yaranmasıdır. Əslində bütün zamanlarda ordu mənsublarının maliyyə fırıldaqları etməsi ilə bağlı məlumatlar yayıldı. Onların tam təsdiqinin tapmaması orduda ictimai nəzarət mexanizminin olmamasından irəli gəlir. MN qapalı bir strukturdur. MN-də bu informasiyaları məxfiçiliyə bağlayırdılar. Düşünürdülər ki, MN-nin içərisində aparılan maliyyə əməliyyatlarını heç kimin sorğulamaq haqqı yoxdur. Bunları qurumun daxili komissiyası həyata keçirirdi.

Son baş verənlər, ordunun şəffaflaşması yeni yol xəritəsi üzərindən Türkiyə ordusunun mini modelinə keçəcəyi yöndən çox faydalı olacaq.

Keçmişdə olanlardan daha çox, gələcəkdə nələrin olmamasını istəyərdim?

MN-də nələr olub-olmamasını yoxlamaların nəticəsində bilə bilərik. Bu işlərin necə görülməsi, pulların silinməsinin necə həyata keçirilirməsi barəsində ehtimallarımız var idi. Maddi texniki təminat yönündə, inşaat sektorunda, şəxsi heyətin məvaciblərinin, yaxud sosial sığortalarının keçirilməməsi yönündə iddialar vardı, ancaq bunlar sübut sayıla bilməzdi. DTX-nin aparacağı əməliyyatlar, araşdırmalar əslində indiyənə qədər orduda ictimaiyyətin və medianın ehtimal etdiyi maliyyə fırıldaqlarını sonlandırmalıdır. Əgər ana xətt olaraq dövlət başısı dediyi kimi, Türkiyə ordusunun mini modelinə keçidi qəbul etmişiksə, Türkiyə ordusundan belə məsələlərin düşünülməsi belə qəbuledilməzdir. Şəxsi heyətə çatacaq və yaxud ordu quruculuğuna çatacaq dövlət vəsaitlərinə kiminsə əlini uzatmasının düşüncəsi belə mümkünsüzdür”.

Hərbi ekspertin sözlərinə görə, baş verənlər yeni tələblərə köhnə qayda ilə yanaşma istəyindən irəli gəlir:

“Qırmızı xətlər var. Bu o deməkdir ki, Türkiyə ordusunun içərisi və çölü necədirsə, Azərbaycan ordusu da eyni olmalıdır. Yalnız görüntü xətrinə yox, real. Hazırkı yoxlamalar başlanğıc mərhələdir. Maliyyə strukturları sorğulanandan sonra strukturların iyerarxiya ilə komandirlərin, idarə rəislərinin adı keçəcək. Maliyyə vəsaitlərinin oğurlanmasını təkbaşına hansısa maliyyəçinin etməsi sadəlövhlük olardı. Komandirin, idarə rəisinin, birinci şəxsin imzası olmadan oradan maliyyəçi bir manat oğurlaya bilməz. Bu işin görünən hissəsi maliyyəçilərdir. Aysberqin suyun altında qalan hissəsini önümüzdə qalan günlərdə, illərdə hiss edəcəyik. Təmənnam ondan ibarət ola bilər ki, ordu adına bu iş başlayıbsa, birdəfəlik, bütün istiqamətlər üzrə fırlanmalıdır. Sistem özü zabiti, generalı sığortalasın ki, bir daha vəsaitə əl uzadılmasın, hətta fikirdən belə keçirilməsin. Təbii ki, bu istiqamətdən başqa MN-nin tabeçiliyində olan digər qurumlar da var. Hərbçilərin mənzil-məişət, sosial şəraitinin yaxşılaşdırılması üzərinə mənzillərin verilməsi şəffaflaşdırılmalıdır. Bundan əlavə, əvvəlki illərdə MAXE və gizirlərin işə götürülməsində problemlər var idi. MN-də dilə gətirilməyəcək qədər maliyyə məsələrinə dair fikirlər səslənirdi. Bunların hamısı birdəfəlik sıfırlanmalıdır. Ən yuxarıdakına qədər kim gedəcəksə, getsin. Bu eyibdən birdəfəlik təmizlənək”.

Səxavət Məmməd

www.yenicag.az

1635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv