!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-də YEYİNTİLƏR: "Maliyyə yoxlaması daha uzaqlara gedib çıxacaq" - Ehtiyatda olan POLKOVNİK

!Reklam – Yazi

“Maddi-Texniki Təminat İdarəsində yoxlamalar aparılsa, 80-100 milyon yox, yeyintinin məbləği daha da çoxalacaq”.

Bu sözləri Müdafiə Nazirliyində aparılan yoxlamaların vəziyyəti və prosesin dərinləşmə ehtimalını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, araşdırmalar dərinləşdikcə yeyintinin miqdarı da artacaq:

“Hal-hazırda həbs olunanların çox hissəsi maliyyəçilərdir. Həbs olunanlar arasında Nizami Məmmədov Nəcməddin Sadıkovun xeyir-duası ilə vəzifəyə təyin edilmiş bir şəxs idi. Təbii ki, maliyyəçilər heç vaxt özbaşına hərəkət edə bilməzdi. Maliyyə İdarəsinin rəisinin bu qədər oğurluğu təkbaşına etməsi mümkün deyildi. Hesab edirəm ki, həbslər sonuncu deyil. Həbslərin davamı olacaq.

Azərbaycan ordu quruculuğunu həyata keçirir. Orduda belə halların olması yolverilməzdir. Müharibədə qələbə əldə etmişik. Müharibədən sonra isə bu cür halların üstü açıldı. Dövlət başçısı çıxışında bildirdi ki, müasir müharibəyə uyğun gəlməyən silahlar alınıb. Bunlar hamısı yoxlanılır və bu yöndə də həbslər davam edəcək. Neçə illər silah tədarükü görəsən, sonra da həmin silahdan istifadə edə bilməyəsən. Müharibə vaxtı bəzi çatışmazlıqlar da olmuşdu. Mərmi çatışmazlığı açıq görünmüşdü. Dövlət başçısının səyi nəticəsində bu çatışmazlıqlar aradan qaldırıldı.

Mənzillərin paylanmasında da çox ciddi problemlər olub. Zabitlər var ki, illərdir kirayələrdə sürünürlər. Ancaq bəzi evli olmayan MAXE-lərə ev veriblər. Yəni polkovnik-leytenantlar, polkovniklər ailələri ilə birgə sürünür, özlərinə yaxın olanlara, xidməti olmayanlara belə evlər verirlər. Bəzən deyirlər, ordudan tərxis olunmaq istəyənlər çoxalıb. Bunun səbəbi də bax bunlardır. Zabitlər bu haqsızlıqları, təbii ki, görürlər və etiraz edəndə başlarına oyunlar açılacağını da bilirlər. Ona görə də getməyə üstünlük verirlər.

Nəcməddin Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkov sayəsində evlə təmin olunub. Bu həm də qanun pozuntusudur. Nəcməddin Sadıkova yaxınlığı olan bütün zabitlər evlə təmin olunublar. Zahid Niftəliyev mülki şəxsdir, ancaq Nəcməddin Sadıkovun sağ əli idi. Hətta bəzi təyinatlar onun xeyir-duası ilə həyata keçirilirdi. İşlər İdarəsinin keçmiş rəisi İlqar Məmmədov Nəcməddin Sadıkova yaxınlığı ilə tanınırdı. İlqar Məmmədov da öz yaxınlarına, doğmalarına evlər verib”.

Hərbi ekspertin sözlərinə görə, Maddi-Texniki Təminat İdarəsi yoxlanılmağa başlasa, orada daha böyük yeyintilər aşkar olunacaq:

“İşlər İdarəsi, Mənzil İstismar İdarəsi yoxlanılır. Aldığım məlumata görə, bəzi zabitlər var ki, onlar bir yox, bir neçə dəfə mənzil alıb.

Maliyyə yoxlaması daha uzaqlara gedib çıxacaq. Maddi-Texniki Təminat İdarəsi də yoxlanılmalıdır. Araşdırmalar aparılsa, 80-100 milyon yox, yeyintinin məbləği daha da çoxalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

1998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv