“Ermənistan tərəfi yenidən guya Azərbaycanın döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı xəbərlər, dezinformasiya xarakterli məlumatlar yayır”.
Yenicag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
“Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”-deyə, o əlavə edib.
www.yenicag.az