!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN-in məşhur generalının HƏBSİ: "80 milyon da hələ son deyil..." - Hərbi ekspert

!Reklam – Yazi

“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar zamanı 5-10 milyon vəsaitin talan edildiyi üzə çıxanda, bilirdik ki, bu rəqəm artacaq və daha yüksək rütbəli və vəzifəli şəxslərə də gəlib çıxacaq. Düşünürəm ki, 80 milyon da hələ son deyil”.

Bunu Müdafiə Nazirliyində aparılan maliyyə yoxlamaları nəticəsində Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədovun həbsi və 80 milyodan çox yeyintinin üzə çıxmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, idarə rəisi heç vaxt özbaşına 80 milyodan çox pulu yeyə bilməz:

“İdarə rəisləri nazir müavini səviyyəsindədir. Uzun müddətdir ki, o həmin vəzifədə çalışır. Təbii ki, o məbləğdə pulu təkbaşına yeməyib. Orada rəhbərliyin də, ondan aşağıdakı şəxslərin də əli var. Ən acınacaqlısı ondan ibarətdir ki, Vətən savaşından sonra Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi dil tapıb ortaq məxrəcə gələ bilmədi. 30 milyon pul lazım idi ki, qarın, çovğunun içində olan hərbçilərin maaşı kəsilməsin. Bunlar onu edə bilmədi. Nazirlik bildirmişdi ki, onların maliyyə vəsaiti yoxdur. Məlum oldu ki, pul var, dövlət də lazımi qədər vəsait ayırır. O adamların gözü doymurmuş. Həddən ziyadə böyük korrupsiyaya bulaşıblar. Açıq-aydın ordunu dağıtmaqla məşğul idilər. Ordu barədə heç kim danışmırdı. Düşünürdük ki, Vətən savaşından sonra bir qədər özlərinə gələrlər. Əminəm ki, yoxlamalar olub. Hətta bunu düzəltməyin vacib olduğu da onların diqətinə çatdırılıb. Görəndəki öz əməllərindən əl çəkmirlər, Ali Baş Komandana məruzə olunub və qərar verilib ki, yeyinti edənlər cəzalandırılsın.

Çox maraqlıdır ki, həbs olunanlar hamısı Vətən müharibəsinə görə medal alıblar. Maliyyəçilərin cəbhədə heç bir rolu olmur. Məni əsas narahat edən isə generaldan üzü aşağıya qədər saxlanılan zabitlərin vaxtından əvvəl rütbələr almasıdır. Onlar hansı xidmətlərinə görə vaxtından əvvəl rütbə alıblar?

Bu işin məsuliyyəti birinci növbədə müdafiə nazirinin və Baş Qərargah rəsinin (BQR) üzərinə düşür. İndiki BQR bu işlərə yeni başlayıb. Biz də bilirik ki, Kərim Vəliyev BQR təyin olunan gündən ona qarşı hansı təzyiqlər var. Əminəm ki, hazırki BQR-in korrupsiyada əli yoxdur. Ancaq sabiq BQR-in əli bu işdə var”.

Tərlan Eyvazov qeyd edib ki, Ukraynada gedən müharibədən dərs çıxarılmalıdır:

“Orduya ayrılmış pulun bir qəpiyinə belə toxunmaq olmaz. Əgər o pula toxunulursa, alınan silahın, əsgərin yeməyinin keyfiyyətinə təsir edir. Regionda elə vəziyyət yaranıb ki, Ermənistana qalib gəldiyimizə görə arxayınlaşmamalıyıq, çəkilib kənarda oturmamalıyıq. Ordumuzu gücləndirməyə borcluyuq”.

Səxavət Məmməd

www.yenicag.az

2498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv