MN: Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur – VİDEO

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.