!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil cihazların “ikinci əl” PROBLEMİ: “Bir müddət istifadə edildikdən sonra həmin qüsurlar...”

!Reklam – Yazi

“Dələduzlar mobil cihazın qeydiyyatından yayınmaq məqsədilə IMEI kodlarını dəyişdirirlər”.

Bu fikirləri ikinci əl telefonları alan zaman yarana biləcək risklər barədə danışan İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ikinci əl telefonların ödənilməmiş kreditlə alınma ehtimalı diqqətdə saxlanılmalıdır:

“İkinci əl telefonları almaq istifadəçilər üçün bir sıra problemlərə yol aça bilər. İlk olaraq, buraya hüquqi problemlər daxildir. Aldığımız ikinci əl telefonların oğurlanmış və itirilmiş cihazlar olma ehtimalı yüksəkdir. İkinci məsələ isə həmin telefonların qeydiyyat məsələsidir.

Mobil cihaz ölkəyə gətirilən zaman gömrük bəyannaməsindən keçməlidir. Həmçinin mobil cihazın IMEI kodu ilə bağlı da problemlər yaşana bilər. Dələduzlar mobil cihazın qeydiyyatından yayınmaq məqsədilə IMEI kodlarını dəyişdirirlər.

O cümlədən, bu kodla bağlı digər məsələ mobil cihazın kreditlə alınmasıdır. Telefonun IMEI kodu bankda girov saxlanılır və ödəniş olmadığı təqdirdə isə həmin kod “qara siyahı”ya daxil edilir. Bununla da şəbəkə xidmətlərindən istifadə mümkünsüz olur.

Digər tərəfdən, işlənmiş telefon alarkən, onun proqram təminatı ilə bağlı risklərin yaranması da realdır. O halda proqram təminatının orijinallığı pozula və ya ona müdaxilə oluna bilər.

Bunun nəticəsində proqram təminatının yenilənməsi məhdudlaşacaq. Həmçinin əlavə informasiya təhlükəsizliyi ilə bağlı təhdidlərin yaranması istisna edilmir. Belə olduqda, həmin proqram təminatına əlavə tətbiqlər yazılmaqla, sonradan cihazların idarəçiliyinin və ya fərdi məlumatların ələ keçirilməsi riski artır.

İkinci əl telefonların aparat təminatında da müəyyən qüsurların ola biləcəyi nəzərə alınmalıdır. Problem ondadır ki, həmin qüsurları yerində aşkar etmək qeyri-mümkündür. Cihaz bir müddət istifadə edildikdən sonra həmin qüsurlar üzə çıxır və bu zaman istifadəçi məhdud funksiyonallıqla rastlaşa bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv