!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil internet tariflərində “SİNXRON ARTIM": “Şirkətlər arasında baş tutan sövdələşmələr...”

!Reklam – Yazi

“Bazardakı payların nisbətində proporsionallığın olmadığı da qeyd edilə bilər”.

Bu fikirləri ölkədə mobil internet xidmətlərində qiymət artımına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkənin mobil rabitə bazarında 3 şirkət fəaliyyət göstərir və bu, beynəlxalq standartlar baxımından, minimal rəqəmdir:

“Yaranmış vəziyyət ölkədə mobil rabitə bazarında inhisarçılığın mövcudluğundan qaynaqlanır. Yəni Azərbaycanda mobil rabitə bazarında rəqabətlilik yüksək deyil.

Hazırda bazarda üç şirkət fəaliyyət göstərir. Bu, beynəlxalq standartlar baxımından, minimal rəqəmdir. Bazardakı payların nisbətində proporsionallığın olmadığı da qeyd edilə bilər.

Mobil internet tariflərinin artırılması isə böyük ehtimalla, fəaliyyətdə olan şirkətlər arasında baş tutan sövdələşmələrin nəticəsidir. Yaxşı olar ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mobil rabitə bazarındakı indiki vəziyyəti araşdırsın.

Adıçəkilən xidmətin mobil rabitə xidməti göstərən şirkətlərlə internet tariflərinin artırılmasının səbəblərini aydınlaşdırmaq səlahiyyəti var. Qoy buna görə izahat versinlər. Bəlkə qiymət artımı ilə əlaqədar ictimaiyyətin bilmədiyi ciddi nüansların olduğu üzə çıxacaq… Bütün hallarda bu məsələyə aydınlıq gətirilməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

2324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv