!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil istifadəçiləri TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ: İzlənilə bilərsiz – XƏBƏRDARLIQ

!Reklam – Yazi

Texnologiya şirkətləri tərəfindən istehsal edilən itirilmiş əşyaları tapmaq üçün istifadə olunan qurğular insanları izləyən cihazlara çevrilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu cihazlar pis niyyətli insanlar tərəfindən istifadə edilməyə başlanıb.

Texnologiya nəhəngi “Apple” bir neçə il əvvəl istifadəçilərə itən əşyalarını tapmaqda kömək edən “AirTag” tətbiqini təqdim edib. Eyni zamanda “Hipolo” və “Tile” qurğuları da itmiş əşyaların tapılmasında insanlara yardım edən cihazlar hesab edilir. Onların istifadəsi çox sadədir. Deməli, bu qurğular hər hansı bir əşyanın üzərinə yerləşdirilir və həmin əşya itdikdə, sahibi mobil proqram vasitəsilə onu axtarıb tapır. Lakin son zamanlar bu tətbiqlər bəzi bədxahlar tərəfindən insanları izləmək üçün istifadə edilir.

Təhlükəsizlik mütəxəssisləri izlənilmədiklərinə əmin olmaq istəyən və ya təqib olunduğundan şübhələnənlər üçün aşağıdakı addımları tövsiyə edir:

1) Telefonunuzun əməliyyat sisteminin güncəl olduğundan əmin olun, bu, istifadəçiləri yeni təhlükələrdən qoruyur.

İstehsalçılar əməliyyat sistemlərini potensial təhlükəsizlik təhdidlərindən qorumaq üçün daim çalışırlar. Buna görə də hər dəfə telefonunuzu güncəlləməklə kənar izlənmələrdən qoruna bilərsiz.

2) İzləmə bildirişlərinə diqqət yetirməklə yanaşı “Bluetooth” və məkan xidmətlərini sönülü saxlayın.

Telefonunuzda “Bluetooth” və məkan xidmətlərini söndürsəniz, sizə yaxın olan izləyici də deaktiv ola bilər.

Sadiq Cavadov

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv