!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil telefonlara xaricdən edilən DAVAMLI ZƏNGLƏR: “Nömrələr proqram təminatı vasitəsi ilə..."

!Reklam – Yazi

“Mobil nömrələrin xarici serverlər tərəfindən əldə olunması ilə bağlı müxtəlif variantlar mümkündür”.

Bu fikirləri vətəndaşların telefon dələduzluğundan qorunmalarının vacibliyi və xarici ölkələrdən daxil olan davamlı zənglərin səbəbləri haqda danışan İnformiasya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yerli operatorların mobil telefon nömrələrinin xarici serverlərə satılması ilə bağlı iddialarla razılaşmaq, yaxud bu halların qarşısının alınması istiqamətində addım atmaq üçün kifayət qədər dəlil olmalıdır:

“Mobil nömrələrin xarici serverlər tərəfindən əldə olunması ilə bağlı müxtəlif variantlar mümkündür. Lakin fikrimcə, mobil nömrələr proqram təminatı vasitəsi ilə təsadüfi generasiya edilir.

Bunun üçün lazım olan ölkə kodu, mobil operatorların kodları və mobil nömrənin formatı əvvəlcədən proqram təminatına tanıdılır. Təbii ki başqa alternativ yollar da var.

Ümumiyyətlə, mobil nömrələrin əldə edilməsi çox asandır. Məsələn, elanlar saytından minlərlə nömrə aşkar etmək olar. Bu da xaricdən gələn zənglərin səbəblərindən biri ola bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv