Prezident İlham Əliyev Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.
Müdafiə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.