!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edildi

!Reklam – Yazi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdə səfərdə olan Baş naziri xanım Nataliya Qavrilitsa ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün potensial vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib.

Baş nazir xanım Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Xanım Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv