!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldova polisi müxalifətə qarşı axtarışlara başladı – Adamların sayı dəqiqləşdirilir

!Reklam – Yazi

Moldova polisi müxalifətə qarşı axtarışlar aparır.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moldova parlamentinin deputatı Marina Tauber bildirib.

“Müxaliflər arasında axtarışlar barədə xəbərlər var, lakin mən hələ də adamların sayını və bütün təfərrüatı təsdiq edə bilmirəm, çünki biz yeni öyrənmişik və hazırda vəkillərlə vəziyyəti təhlil edirik”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl, aprelin 21-də Moskvada respublikanın Avropa İttifaqına daxil olmasını dəstəkləyən Moldova siyasətçiləri və ictimai fəallarının qurultayı keçirilib.

Orada “Şor”, “Şans”, “Viktoriya”, “Renessans” və “Alternativin Gücü və Moldovanın razılaşmaları” partiyalarının liderləri “Qələbə” seçki alyansının yaradılması haqqında saziş imzalayıblar. Qaqauziyanın rəhbəri Yevhenya Qutsul alyansın milli şurasının icraçı katibi seçilib. İlan Şor icraiyyə komitəsinin sədri, Marina Tauber isə katib olub.

Bundan sonra bir neçə konqres iştirakçısı Kişinyova qayıdandan sonra hava limanında həbs edilib və bir neçə saat dindirilib. “Dirçəliş” partiyasının lideri Natalya Paraska bildirib ki, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları onunla iki saat danışıb və Moskvaya getdiyi üçün onu cinayət məsuliyyəti ilə hədələyiblər.

Moldova müxalifəti 2022-ci ilin may ayından hökumətin və prezident Maia Sandu-nun istefası tələbi ilə hökumət əleyhinə nümayişlər keçirir. Etirazçılar ölkə rəhbərliyini iqtisadiyyat və enerji sektorundakı böhrandan çıxmamaqda, eləcə də müxalifətə təzyiq göstərməkdə ittiham edirlər.

Rafi Müslümov

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv