!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldovada hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir

!Reklam – Yazi

Moldovanın paytaxtı Kişinyovda hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru İon Muntyanu bildirib.

Hazırda onun mühafizə altında ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.

Baş prokuror əlavə edib ki, istintaq həmin şəxsin digər ortaqlarının olduğunu müəyyən edir.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş ölkəyə girişi qadağan edilən xarici vətəndaş tərəfindən açılıb. O, yaralı halda saxlanılıb.

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv