!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldovalı jurnalist: “Gəncədə dinc əhaliyə qarşı törədilən cinayətlər araşdırılmalıdır”

!Reklam – Yazi

“Gəncədə dinc əhaliyə qarşı törədilən müharibə cinayətləri araşdırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu moldovalı jurnalist Yelena Derjanskaya Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumlarının nəticələri ilə tanış olduqdan sonra deyib.

“İstənilən müharibə şərdir, dinc əhalinin ölümü kədərdir. İstənilən təxribatı, istənilən hərbi əməliyyatı və hər şeydən əvvəl dinc əhalinin öldürülməsini qınayıram. Bu gün ölən uşaqların və qadınların fotoşəkillərini gördük. Bu qorxuncdur. Müharibə cinayətləri araşdırılmalıdır”, – o vurğulayıb.

Gürcüstandan olan jurnalist Vaxtanq Qoqraçidze isə bildirib ki, azərbaycanlılar xoşbəxt xalqdır, çünki Qarabağı azad ediblər: “Müharibə zamanı çox sayda insan həyatını itirib. Biz hər şeyi gözlərimizlə gördük. Həmçinin Qarabağa səfər etmişdik. Müharibənin nə demək olduğunu çox yaxşı anlayıram”.

O, Gürcüstanın da işğal olunmuş ərazi problemi ilə üzləşdiyini xatırladıb./Report/

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv