Reklam: High Technic
hightechnic

Moldovaya yeni prezident seçiləcək – Tarix

moldova_parlamentiMoldova parlamenti prezident seçkilərinin keçiriləcəyi tarixi müəyyənləşdirib.

Yeni prezident seçkiləri ümumxalq səsvermə yolu ilə cari ilin oktyabr ayının 30-a təyin olunub.

Qeyd edək ki, bir müddət öncə prezident seçkilərinin ümumxalq səsvermə yolu ilə keçirilməsi barədə Moldovanın Konstitusiya Məhkəməsi qərar verib. 2001-ci ildən Moldova prezidenti gizli səsvermə yolu ilə parlament tərəfindən seçilib. Ölkənin ilk 2 prezidenti – Mirça Snequr və Petr Luçinski isə ümumxalq səsvermə ilə seçiliblər.

www.yenicag.az

57