!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Molla rejiminin türk düşmənçiliyi: "Bu, Azərbaycanın millətinə qarşı terrora əl atmaqdır"

!Reklam – Yazi

“Türk düşmənçiliyi “molla”ların canından çıxmayacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan-İran münasibətlərinin son vəziyyətini şərh edən Azərbaycanın İrandakı sabiq səfiri, keçmiş millət vəkili, tarixçi-professor Nəsib Nəsibli deyib.

Onun sözlərinə görə, İrandakı rejim sıradan bir rejim deyil və rəsmi Tehran bu rejimin nə qədər təhlükəli olduğunu xarici ölkələrə qarşı törətdiyi terror aktları və ölkələrin daxili işlərinə qarışmaqla sübut edib:

“Son 5 ay ərzində bütün diqqət İrana yönəlib. Azərbaycanın İrandakı səfirliyinin bağlanması rəsmi Tehrana bir hədiyyə oldu. Diplomatik münasibətlər kəsiləndə səfirlik bağlanır. Əgər ortada həqiqətən təhlükəsizlik məsələsi varsa, bu halda Təbriz Konsulluğu da bağlanmalıdır. Çünki ora da hücum ola bilər. Azərbaycanın İrana münasibəti ciddi olmalıdır. İrandakı terror hadisəsi çox rəzil bir hadisədir. Hesab edirəm ki, bundan sonra da Azərbaycan ehtiyatlı olmalıdır. Azərbaycan səfirliyinə silahlı basqın etmək Azərbaycanın dövlətinə, Azərbaycanın hakmiyyətinə və nəhayət Azərbaycanın millətinə qarşı terrora əl atmaqdır”.

Gülşən Şərif

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv