!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Molla və Ayı qarşıdurmasının Azərbaycana TƏSİRİ: “Zəngəzurla bağlı məsələlərdə...” – AÇIQLAMA

!Reklam – Yazi

“Rusiya ilə münasibətlərdə soyuqluq İranın Cənubi Qafqazda təsir imkanlarını zəiflətməklə yanaşı, Azərbaycanla münasibətlərdə normallaşmanı daha da vacib edəcək”.

Bunu son günlər gərginləşən İran-Rusiya münasibətləri fonunda müşahidə ediləcək proseslərdən danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bir çox məsələlərdə maraqları toqquşan, Cənubi Qafqazdakı proseslərdə eyni mövqedən çıxış edən, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını istəməyən və birgə mexanizmlər üzərindən mane olmağa çalışan iki ölkə arasında – İran-Rusiya münasibətlərində son günlər yenidən gərginləşmə müşahidə edilir:

“Fars körfəzində yerləşən üç ada ilə bağlı BƏƏ və İran arasında gərginlik mövcuddur. Mübahisəli ərazilər fonunda Rusiyanın müttəfiqini deyil, BƏƏ-ni dəstəkləməsi İranda sərt reaksiya doğurdu. Və İran-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb oldu.

Proseslər İran-Rusiya münasibətlərinə təsir etsə də, birgə maraqların dəyişməsinə təsir etməyəcək. Xüsusilə, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Azərbaycanın regionda artan üstün mövqeyinə münasibətdə fərqli yanaşmalar müşahidə olunmayacaq.

Azərbaycanın gücü hər iki tərəfi – həm Rusiya, həm də İranı bir sıra məsələlərdə barışmaq məcburiyyətində qoyur. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi tədricən beynəlxalq güclər və regional qüvvələr tərəfindən də qəbul edilməkdədir.

Düzdür, Rusiyanın Zəngəzurla bağlı kontsruktiv mövqeyini hər zaman müşahidə etmişik. Rusiya dəhlizin özünün idarəçiliyi altında reallaşmasını istəyir. Bununla şimal qonşumuz Cənubi Qafqazda özünün təsir imkanlarını qoruyub saxlamağı və genişləndirməyi hədəfləyir.

Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bir çox mövzuda maraqları üst-üstə düşən İran və Rusiya Zəngəzurla bağlı məsələdə anlaşa bilmir. Zəngəzur dəhlizinin açılmasına mane olan tərəf Ermənistan deyil, məhz İrandır.

Rusiya ilə münasibətlərdə soyuqluq İranın Cənubi Qafqazda təsir imkanlarını zəiflətməklə yanaşı, Azərbaycanla münasibətlərdə normallaşmanı daha da vacib edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv