!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır - Baş nazir

!Reklam – Yazi

Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dritan Abazoviç deyib.

O, İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılmasının enerji mənbələrinin stabilliyinə və diversifikasiyasına töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, bu, Monteneqro və qonşu ölkələrə Xəzər regionu və Qərbi Avropa arasında körpü rolunu oynamağa kömək edəcək.

Baş nazir bu yaxınlarda Azərbaycan və Avropa İttifaqı arasında ölkədən qaz nəqlinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müsbət qarşılayıb.

Qeyd edək ki, nəzərdə tutulan İon-Adriatik boru kəməri Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

516 kilometr uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçəcək və Xorvatiyada bitəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti illik beş milyard kubmetr qaz təşkil edəcək.

TAP artıq bu layihənin tərtibatçıları ilə, xüsusən Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Hersoqovina), GeoplinPlinovodi (Sloveniya) şirkətləri ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə anlaşma və tərəfdaşlığa dair memorandumlar imzalayıb.

TAP və IAP işçi qrupları yaradılıb və texniki qoşulma məsələlərinin razılaşdırılması məqsədilə mütəmadi görüşlər keçirilməkdədir./Trend/

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv