!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskva Bəyannaməsi ilə Ermənistana zərbə: "İrəvanın imtiyazları heçə enəcək"

!Reklam – Yazi

“Rusiya Cənubi Qafqazda maraqlarının qorunması üçün Azərbaycanla əməkdaşlığa üstünlük verir”.

Bu sözləri ötən gün Azərbaycan ilə Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsini dəyərləndirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin Rusiyaya səfəri öncədən hazırlanmış bir görüş idi. İki ölkə arasında imzalanmış bəyannamə də bu günün sənədi deyil:

“2020-ci ilin noyabr ayıdan etibarən iki ölkə arasında sözügedən bəyannamənin hazırlanması ilə bağlı müzakirələr olub. 2021-ci ildə isə artıq müəyyən təkliflər irəli sürülmüşdü və razılaşma əldə olunmuşdu. Bu bəyannamə göstərir ki, Rusiya və Azərbaycan mövcud stratejik əməkdaşlığı müttəfiqlik səviyyəsinə çatdırmaqda maraqlıdır.

Qeyd edim ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədə hərbi, iqtisadi, siyasi, humanitar, təhsil və səhiyyə kimi bir çox sahələrdə əməkdaşlıq razılaşması əldə edib. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətində həlledici rol oynayır. Moskva Bəyannaməsi də Azərbaycanın başqa dövlətlərlə eyni standartlarla strateji əməkdaşlığını qadağan etmir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan konflikti fonunda Rusiya və İrəvan bir neçə saziş üzrə ikitərəfli stratejik müttəfiqdirlər. Azərbaycan və Rusiya arasında imzalanan yeni bəyannamə Ermənistanın Moskva ilə mövcud tərəfdaşlığındakı imtiyazları heçə endirəcək. Çünki eyni status Azərbaycanda da olacaq. Rusiya Cənubi Qafqazda maraqlarının qorunması üçün Azərbaycanla əməkdaşlığa üstünlük verir. Moskva Bəyannaməsi işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının çıxarılmasını sürətləndirə bilər”.

Qeyd edək ki, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Gülşən Şərif

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv