!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Moskva Bəyannaməsinin başlıca üstünlüyü orada beynəlxalq hüququn əsas götürülməsidir” - AKP millət vəkili

!Reklam – Yazi

“Şuşa Bəyannaməsi kimi Moskva Bəyannaməsinin də vacib cəhəti ikitərəfli münasibətlərin üçüncü ölkəyə qarşı istifadəsinin nəzərdə tutulmamasıdır”.

Bu fikirləri Azərbaycan və Rusiya prezidentlərinin fevralın 22-də imzaladıqları Moskva Bəyannaməsini dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili hesab edir ki, Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqil xarici siyasətinin göstəricisidir:

“Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı Moskva Bəyannaməsi tək bu dövlətlər deyil, region üçün də mühüm əhəmiyyət daşıyır. Bəyannamədə çoxsaylı istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu sənəd Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı böyük qələbənin yaratdığı yeni gerçəkliyin nəticəsidir.

Həmin sənədin əsas özəlliyi onu imzalayan tərəflərin bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanımaları, sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşmaları, qarşılıqlı yardım üçün şərtləri aydın müəyyən etmələridir. Bundan başqa, Moskva Bəyannaməsinin başlıca üstünlüyü orada beynəlxalq hüququn əsas götürülməsidir.

Ötən ilin iyununda Azərbaycanla Türkiyə arasında da çox mühüm Şuşa Bəyannaməsi imzalanıb. Orada da tərəflərin qarşılıqlı faydalı əməkdaşlığı öz əksini tapıb. Şuşa Bəyannaməsi kimi Moskva Bəyannaməsinin də vacib cəhəti ikitərəfli münasibətlərin üçüncü ölkəyə qarşı istifadəsinin nəzərdə tutulmamasıdır. İnanıram ki, bu sənəd də regionda sülhün və sabitliyin bərqərar edilməsinə töhfə verəcək”.

A.Zeynalov

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv